10 nəfərin namizədliyi təsdiqlənib
48 seçki dairəsindən 86 nəfər deputatlığa namizədlik üçün müraciət edib. İrəli sürülən namizədlərdən artıq 10 nəfər təsdiq olunub. Onlardan 2-nə imza vərəqləri verilib.
QAZÌLER.AZ Lent.az-a istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, onlar 450 imza toplamalıdır: “İmzaların toplanmasında problem olmamalıdır. Bu seçkilərdə bir nəfər bir neçə namizədə də imza ata bilər”.