Kərbəla və Qarabağ şəhidləri anıldı

Kərbəla və Qarabağ şəhidləri anıldı backend

Qarabağ Seyid Ocaqları və “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən mərasimdə Kərbəla və Qarabağ şəhidləri anılıb.

Tədbirdə çıxış edən Qarabağ Seyid Ocaqlarının rəhbəri Seyid Camal Əzimbəyli bildirib ki, şəhadət fəlsəfəsinin Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunmasında müstəsna rolu var.

Tanınmış ilahiyyatçı Ağa Hacıbəyli bildirib ki, əsrlərdir İmam Hüseyn şəhadətinin fəlsəfəsini anlayan Azərbaycan xalqı bu şəhidlik məktəbindən dərs alıb. Onun sözlərinə görə, bunun bariz nümunəsini Qarabağın azadlığı uğrunda canını fəda edən vətənpərvər oğulların şücaətində görmək olar.

Daha sonra Türkiyənin Azərbaycandakı səfirliyinin din işlər üzrə müşaviri, professor Kamil Günəş, səfirliyin mətbuat müşaviri Hamit Karataş, Qafqaz universitetinin rektoru, professor Ahmet Sanıc, tarixçi alim Dilavər Əzimli, ilahiyyatçı Elşad Mahmudov çıxış ediblər.. Tədbirdə şəhid və qazi ailələri də iştirak edib.

Sonda Kərbəla və Qarabağ şəhidləri adına ehsan süfrəsi açılıb.