Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının rəisi, general-leytenant Zakir Ağayev ilə Rabitə, İnformasiya Texnologiyaları və Kibertəhlükəsizlik Baş İdarəsinin rəisi, general-mayor Məmməd Eminov vəzifələrindən azad ediliblər.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bu barədə müvafiq sərəncam imzalanıb.
Generallar Ağayev və Eminov ehtiyata buraxılıblar.
Məlumatı Müdafiə Nazirliyindən təsdiqləyiblər. Bildirilib ki, Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının rəisi, general-leytenant Zakir Ağayev ilə Rabitə, İnformasiya Texnologiyaları və Kibertəhlükəsizlik Baş İdarəsinin rəisi, general-mayor Məmməd Eminov öz istəkləri ilə ehtiyata buraxılıblar.