300 minlik dələduzluqda təqsirləndirilən azərbaycanlı İnterpola verildi

300 minlik dələduzluqda təqsirləndirilən azərbaycanlı İnterpola verildi backend

Azərbaycanda 300 min manat mənimsəmədə ittiham olunan turizm şirkətinin rəhbəri beynəlxalq axtarışa verilib

Azərbaycanda turizm şirkətlərindən birinin rəhbəri beynəlxalq axtarışa verilib.

APA-nın İnterpolun saytına istinadən verdiyi məlumata görə, 35 yaşlı Əhməd Məmmədov Azərbaycan Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilir.

Ə. Məmmədov ölkədən qaçdığı üçün Azərbaycan hüquq-mühafizə orqanları onun barəsində həbsli axtarış elan edib və saxlanılması üçün İnperpola müraciət olunub.

APA-nın əldə etdiyi məlumata görə, Ə. Məmmədov Azərbaycanda fəaliyyət göstərən “Happy Qrup” turizm şirkətinin direktoru olub. İddialara görə, o, müxtəlif şəxslərin etimadından sui-istifadə edərək 300 min manata yaxın pul mənimsəyib.

Şikayətçilərdən birinin APA-ya verdiyi məlumata görə, Ə. Məmmədov təkcə Azərbaycan deyil, Rusiya hüquq-mühafizə orqanları tərəfində də axtarılır. Onun Rusiya vətəndaşlarına qarşı da dələduzluq etdiyi bildirilir.