Ali Məhkəmənin adından istifadə edərək dələduzluqda şübhəli bilinən şəxslərə cinayət işi açılıb

Ali Məhkəmənin adından istifadə edərək dələduzluqda şübhəli bilinən şəxslərə cinayət işi açılıb backend

Ali Məhkəmənin Baş Prokurorluğa müraciəti əsasında dələduzluqda şübhəli bilinən üç nəfər barəsində cinayət işi başlanıb.

Bu barədə "Report"a Ali Məhkəmədən məlumat verilib.

Bildirilib ki, həmin şəxslər Ali Məhkəmədə baxılan mülki və cinayət işlərini zərərçəkmişlərin və ya tərəflərin xeyrinə həll edəcəklərini vəd edərək, onların müəyyən məbləğdə pullarını dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunurlar.

Faktlarla bağlı üç nəfər barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinin müvafiq hissələri ilə cinayət işi başlanıb, bir nəfər haqqında isə araşdırma aparılır.

"Məhkəmələrin, habelə hakimlərin adından istifadə edərək, qanunsuz əməllərə yol verən şəxslər barəsində qanunamüvafiq tədbirlərin görülməsi bundan sonra da davam etdiriləcək. Eyni zamanda vətəndaşlara tövsiyə edilir ki, hüquqi yardımın göstərilməsi ilə bağlı yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada həmin fəaliyyətlə peşəkar şəkildə məşğul olan şəxslərə və ya qurumlara müraciət etsinlər", - məlumatda qeyd edilib.

Diaspora