Türkiyədə tarla yanğınına müdaxilə edilir

Türkiyədə tarla yanğınına müdaxilə edilir backend

Türkiyənin Tekirdağ bölgəsinin Çorlu rayonunda tarla yanğınına yanğınsöndürənlərin müdaxiləsi davam edir.

Qaziler.az bildirir ki, bu barədə TRT-Haber xəbər verir.

Karatəpə adlanan ərazidə tarlada naməlum səbəbdən yanğın baş verib. Ətrafdakıların xəbəri ilə bölgəyə yanğınsöndürmə briqadaları, TOMA və tikinti texnikası göndərilib.

Yanğına qruplar tərəfindən müdaxilə davam edir və yanğının nəzarət altına alınması üçün səy göstərilir. Yanğın zamanı  kənd təsərrüfatı sahəsi və vilayət polis idarəsinin istifadə etdiyi atış poliqonu ziyan görüb.

QAZİLER.AZ

Diaspora