Azərbaycanda ərzaqlıq buğdanın yeni dövlət tədarük qiyməti müəyyən edilib

Azərbaycanda ərzaqlıq buğdanın yeni dövlət tədarük qiyməti müəyyən edilib backend

Azərbaycanda 2024-cü il üçün ərzaqlıq buğdanın dövlət tədarük qiyməti 400 manat/ton olaraq müəyyənləşib.

"Report" xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 50 manat və yaxud 11,1 % azdır.

Xatırladaq ki, Prezident İlham Əliyevin “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” 19 iyul 2022-ci il tarixli fərmanına görə, əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda istehsal olunmuş, Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilmiş ərzaqlıq buğdanın hər tonuna görə istehsalçılara 100 manat məhsul subsidiyası ödənilir.

Diaspora