“Mənim Xocalım bölgələrdə“ -QUBADA

“Mənim Xocalım bölgələrdə“  -QUBADA backend

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Mənim Xocalım” bölgələrdə” layihəsi Quba şəhərində baş tutub. Quba şəhəri Gənclər mərkəzində keçirilən tədbirdə şəhər gəncləri iştirak edib. Layihə rəhbəri Həsən Sultanov layihənin geniş özətini verib. Sonradan gənclərlə birlikdə sərgi şəkillərinə baxış keçirilib.

Xatırladaq ki, peşəkar və həvəskar fotoqrafların işlərindən ibarət olan və Xocalı həqiqətlərini əhatə edən fotoşəkillərdən ibarət sərgi bundan əvvəl Respublikanın Gəncə və Sumqayıt şəhərlərində keçirilb. Sərgini digərlərindən fərqləndirən cəhət fotoların hər biri müasir dövrümüzdə və Xocalı Soyqırımını əks etdirən (Xocalı fotoqrafın gözü ilə) mövzuda çəkilməsidir.