Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Azad Müəllimlər İctimai Birliyinin “Azad torpaqlara qayıdış!” Təhsilverənlərin peşəkarlıq səviyyəsinin və qiymətləndirmə bacarıqlarının inkişafına xidmət edən maarifləndirmə tədbirləri layihəsi çərçivəsində 1 iyul 2024-cü ildə Bakı şəhər 35 nömrəli tam orta məktəbdə sonuncu təlim keçrilib.
Qaziler.az xəbər verir ki, təlimin sonuncu günündə müəllimlər qiymətləndirmə barədə öyrəndiklərini ümumiləşdirib. Müəllimlərin peşəkarlığının artırılmasında qiymətləndirmə bacarıqlarının inkişafının yüksək əhəmiyyət daşıdığı nümunələr bir daha vurğulanıb. Müəllimlərin istəklərinə uyğun olaraq sertifikasiya imtahanının ikinci mərhələsi, müsahibə mərhələsi barədə geniş müzakirə təşkil olunub. Müsahibə zamanı vaxt bölgüsü üzrə meyarlar müəllimlərə təqdim edilib. Soruşula biləcək suallar ətraflı izah olunub. İştirak edən müəllimlər yüksək aktivlik nümayiş etdirib. Sonda qiymətləndirmənin daha səmərəli və məqsədyönlü olması üçün müəllimlərin təklifləri dinlənilib. Layihə rəhbəri Pərvanə Talıbova və təlimçi Nüşabə Mehtiyeva layihənin davamı olaraq, həmin təkliflərin həyata keçirilməsi üçün müəllimlərlə əməkdaşliq edəcəyini bildirib.