Türkiyənin Muğla bölgəsinin Marmaris rayonunda meşə yanğınına səbəb olan 3 şübhəli saxlanılıb.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Hisarönü Məhəlləsi meşə sahəsində dünən başlayan yanğının söndürülməsinin ardından Muğla Meşə Regional Müdirliyi və jandarma qrupları araşdırma başlatdı.
Araşdırmalar çərçivəsində P.S və H.S.-nin yanğın zamanı orada olduqları müəyyən edilib.
Şübhəlilərin jandarmada əməliyyatlarının davam etdiyi bildirilib.
Bördübet Gölge kəndindəki meşə sahəsində yanğın baş verib və Muğla Meşə Region Müdirliyinə aid 2 təyyarə, 3 vertolyot, 10 su maşını, 1 iş maşını və 70 meşə yanğınsöndürmə işçisi bölgəyə sövq edilib.
Təxminən 5 hektar meşə sahəsi zərər görüb, yanğın qrupların sıx müdaxiləsi nəticəsində söndürülüb.
QAZİLER.AZ