Növbədənkənar parlament seçkiləri ilə əlaqədar İşçi və ekspert qrupları yaradıldı

Növbədənkənar parlament seçkiləri ilə əlaqədar İşçi və ekspert qrupları yaradıldı backend

Bu ilin sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədar vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən və hərəkətsizlikdən və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupu yaradılıb.

QAZÌLER.AZ Trend-e istinaden verdiyi xəbərə görə, bu gün keçirilən iclasda növbədənkənar parlament seçkilərində MSK nəzdində İşçi qrupunun yaradılması və rəhbərinin təyin edilməsi barədə qərar qəbul edilib.

İşçi qrupunun rəhbəri MSK üzvü Etibar Quliyev təyin edilib.

Qeyd edək ki, Prezident İlham Əliyev altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilib.

 

 

Diaspora