Dünəndən Bakıya küləklə müşayiət olunan güclü qar yağır. Dünən günortadan başlanan qar gecə qısa fasilədən sonra səhər tezdən yenidən yağmağa başlayıb.

Küləkli qar şəhərdə insanların hərəkətinə maneçilik törədir. Paytaxtın mərkəz küçələrində avtomobil yollarında buz müşayiət olunmur və ictimai nəqliyyat demək olar ki, normal işləyir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava ilə bağlı xəbərdarlıq etmişdi. Fevralın 23-dək ölkə ərazisində güclü küləkli, soyuq, fasilələrlə yağıntılı, qarlı hava şəraitinin davam edəcəyi gözlənildiyi, bəzi yerlərdə çovğun olacağı ehtimalı, hətta yolların buz bağlayacağı bildirildi.
