Birinci Qarabağ müharibəsinin şəhidi Yasin Əbdürəhmanov Ağdaşda dəfn edilib - FOTO - YENİLƏNİB

Birinci Qarabağ müharibəsinin şəhidi Yasin Əbdürəhmanov Ağdaşda dəfn edilib - FOTO - YENİLƏNİB backend

Bakı şəhərindəki I Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Yasin Şakir oğlu Əbdürəhmanovla Ağdaş rayonunda keçirilən vida mərasimi başa çatıb.

"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, şəhidin nəşi Ağdaş rayonunun Qaracan-Şıxlar kənd qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, Ağdaş Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, şəhər hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

16:23

Bakı şəhərindəki I Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Yasin Şakir oğlu Əbdürəhmanovun meyitinin qalıqları Ağdaş rayonuna gətirilib.

"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, şəhidin nəşi Ağdaş rayonunun Qaracan-Şıxlar kəndində ailəsinə təhvil verilib.

Hazırda şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Yasin Şakir oğlu Əbdürəhmanov 1972-ci dekabrın 23-də Ağdaş rayonunun Qaracan-Şıxlar kəndində anadan olub. O, 1992-ci il iyulun 19-da Ağdərə rayonunun Aterk kəndində itkin düşüb.

Y.Əbdürəhmanov Qaracan-Şıxlar kənd qəbiristanlığında dəfn olunacaq.

Diaspora