Birinci Qarabağ müharibəsinin şəhidi Fəqan Yaqubov Tərtərdə dəfn edilib - YENİLƏNİB

Birinci Qarabağ müharibəsinin şəhidi Fəqan Yaqubov Tərtərdə dəfn edilib -  YENİLƏNİB backend

Bakı şəhərindəki I Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Fəqan Misir oğlu Yaqubovla Tərtər rayonunda keçirilən vida mərasimi başa çatıb.

"Report"un yerli bürosunun məlumatına görə, şəhidin nəşi rayonun Sarəcalı kənd qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, Tərtər Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, şəhər hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

15:04

Bakı şəhərindəki I Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Fəqan Misir oğlu Yaqubovun meyitinin qalıqları Tərtər rayonuna gətirilib.

“Report”un Qarabağ bürosunun məlumatına görə, şəhidin nəşi Tərtər rayonunun Sarıcalı kəndində ailəsinə təhvil verilib.

Hazırda şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Fəqan Misir oğlu Yaqubov 1973-cü il iyunun 7-də Tərtər rayonunun Sarıcalı kəndində anadan olub. O, 1992-ci il avqustun 8-də Ağdərə rayonunun Çıldıran kəndində itkin düşüb.

F.Yaqubov Sarıcalı kənd qəbiristanlığında dəfn olunacaq.

Diaspora