On altı yaşına çatmayan şəxsin erkən evliliyinin təşkilinə görə cəzalar müəyyən edilir

 On altı yaşına çatmayan şəxsin erkən evliliyinin təşkilinə görə cəzalar müəyyən edilir backend

On altı yaşına çatmayan şəxsin erkən evliliyinin təşkilinə görə cəzalar müəyyən edilir.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Cinayət Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Qanun layihəsinə əsasən, on altı yaşına çatmayan şəxsin erkən evliliyinin həmin şəxsin və ya erkən evliliyə daxil olan digər şəxsin valideynləri və ya onları tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya erkən evliliyə daxil olan yetkinlik yaşına çatmış şəxs tərəfindən təşkil edilməsinə görə iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

Qeyd: Bu maddədə nəzərdə tutulmuş cinayətə görə məsuliyyət erkən evliliyə daxil olan yetkinlik yaşına çatmış şəxsə münasibətdə həmin şəxslə zərərçəkmiş şəxsin yaş fərqi beş ildən çox olduqda yaranır.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Diaspora