Biləsuvarın həbsdə olan sabiq icra başçısının cəzası azaldıldı

Biləsuvarın həbsdə olan sabiq icra başçısının cəzası azaldıldı backend

Biləsuvarın həbsdə olan sabiq icra başçısı Mahir Quliyevin kassasiya şikayətinə baxılıb.

Trend xəbər verir ki, Ali Məhkəmədə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Mahir Quliyevin cəzası 8 il 3 aya endirilib.

Xatırlaraq ki, M.Quliyev Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinib. Eks-icra başçısı Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il azadlıqdan məhrum edilib. Hökmə əsasən, M. Quliyevin 2 evi və 1 avtomobili dövlət nəfinə müsadirə olunub.

Diaspora