Qazilərə bütün cərimələrdə 50% güzəşt edilsin - Təklif

Qazilərə bütün cərimələrdə 50% güzəşt edilsin - Təklif backend

Bu təklifi Qarabağ qazisi Rey Kərimoğlu edib.

Qaziler.az bildirir ki, qazi bununla bağlı özünün feysbuk səhifəsində status yazıb. Onunla əlaqə saxladıq, Rey Kərimoğlu saytımıza bunları dedi:

"Cərimələr gün-gündən artır. Bu da həyat şəraitinə mənfi təsir edir. İyulun birindən 40 manatlıq cərimələr (avtobus, velosiped  yoluna girmə və s.) 100 manat olacaq. Başqa cərimələr də var. Biz "Qarabağ qaziləri" ictimai birliyi olaraq təklif edirik ki, qazilər, müharibə veteranları üçün bu cərimələr 50 faiz azaldılsın. Söhbət təkcə avtomobillərlə bağlı yox, bütün cərimələrdən gedir. Yəni bütün cərimələrlərdə müharibə iştirakçılarına - qazilərə, veteranlara güzəşt edilsin".

QAZİLER,AZ 

Diaspora