“Embawood” mebel istehsalı fabrikinin anbarında yanğın baş verib. QAZİLƏR saytının Föqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, yanğın mebel fabrikinin Masallıdakı anbarında olub.
Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri hadisə yerinə cəlb ediliblər. Hadisə ilə əlaqədar aidiyyatı qurumlara da məlumat verilib.Məlumata görə, yanğın hələ də davam edir. İtki, xəsarət alanlar və dəyən zərər haqqında hələlik heç bir məlumat yoxdur.