Laçında yağan güclü yağış nəticəsində Həkəri çayının səviyyəsi qalxaraq üzərində yerləşən Padşah körpüsünün bir hissəsini dağıdıb.
Apa-nın Qarabağ bürosu xəbər verir ki, hazırda sözügedən ərazidə təmir işləri aparılır. Bakı Abadlıq Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Lalə Əliyeva bildirib ki, son günlər leysan yağışları ilə bağlı Həkəri üzərindəki qədim körpünün çökməsi təbii fəlakətin nəticəsi kimi dəyərləndirilir.
"Bildiyiniz kimi el arasında "Padşah körpüsü" adanlanan həmin taxta körpü uzun illərdi mövcud olub. Özəl bir funksiyası yoxdur. Yalnız girişdə estetik mənzərəni tamamlayan elementdir. Şəhərin yenidən qurulması zamanı Laçın abadlıq tərəfindən daş döşənərək, kənarları çiçəklərlə bəzədilib, ətrafı baxış meydançası kimi asanlaşdırılmışdı. Yeri gəlmişkən, Həkəri üzərindən salınmış digər üzən körpü də vaxtaşırı təhlükəsizliyi nəzərə alaraq qaldırılır. Artıq yaz-yay aylarında Azərbaycanın ən gur çaylarından biri olan Həkəridə suyun tənzimlənməsi ilə bağlı əlaqədar qurumlar rəy verdikdən sonra körpülər həmin rəyə uyğun yenidən bərpa olunacaq"