Ağdərə rayonu bərpa edildiyinə görə 97 saylı seçki dairəsinin adı dəyişdirilib.
Bununla bağlı Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında qərar qəbul edilib.
MSK sədrinin müavini Rövzət Qasımov deyib ki, komissiya təmsilçilik baxımından bütün rayonların ölkə parlamentində təmsil olunması üçün müəyyən uyğunlaşdırmalar aparılmalıdır. Ona görə də Ağdərə rayonunun adı 97 saylı seçki dairəsinin adına əlavə edilir.
Beləliklə, seçki dairəsi bundan sonra 97 saylı Tərtər-Ağdərə-Goranboy adlandırılacaq.
Eyni zamanda Xocalı şəhərinə əhalinin qayıdışı ilə bağlı 118 saylı Ağdam şəhər seçki dairəsinin də adı dəyişdirilib və Ağdam-Xocalı seçki dairəsi adlandırılıb.
Bundan başqa, 124 saylı seçki dairəsinin adından Xocalı çıxarılıb və yeni adı ilə Şuşa-Ağdam-Xocavənd adlandırılıb.
Adları dəyişdirilən seçki dairələri:
96 saylı Göranboy - 96 saylı Goranboy-Naftalan seçki dairəsi
97 saylı Tərtər-Naftalan-Goranboy - 97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsi
118 saylı Ağdam şəhər - 118 saylı Ağdam-Xocalı seçki dairəsi
119 saylı Ağdam kənd - 119 saylı Ağdam seçki dairəsi
124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsi - 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsi.
Report.az