Yavər Fərzəliyevin parlaq xatirəsinə... - FOTO

Yavər Fərzəliyevin parlaq xatirəsinə... - FOTO backend

Yavər Xəlil oğlu Fərzəliyevin ölümündən artıq 40 gün keçir.

Yavər Fərzəliyevin ölümü Azərbaycan ictimaiyyəti üçün ağır itkidir. O, 15 may 1949-cu ildə Şərur rayonun Oğlanqala kəndində doğulub. Orta məktəbi Oğlanqala kəndində bitirdikdən 1962-ci il tarixindən Bakıda məskunlaşıb.

Nəqliyyat Nazirliyi nəzdində texniki peşə məktəbini bitirib. Səksəninci illərin sonunda Azərbaycanda başlayan Milli Azadlıq hərakatının fəal üzvülərindən olub. Milli Azadlıq Hərakatının lideri Əbülfəz Elçibəyin yaxın silahdaşı olub. Hərakat üzvüləri arasında Koroğlu ləqəbi ilə tanınıb.

Birinci Qarabağ savaşının iştirakçısı olub, cəbhə bölgəsinə silah-sursat və ərzaq daşınmasında xüsusi xidmətləri olub. 20 Yanvar hadisələri zamanı şəhid olması xəbəri yayılıb, hətta yas çadırı da qurulub, lakin Yavər Fərzəliyev sağ-salamat öz evinə dönüb.

Y.Fərzəliyev ümummili lider Heydər Əliyevin hakimiyyətə gəlməsinin tərəfdarlarından olub. H.Əliyevin göstərişi ilə 20 Yanvar zərəçəkmişi kimi müəyyən imtiyazları tanınıb.

Yavər Fərzəliyev uzun illər yaxın qohumu, görkəmli dilçi alim, professor Yusif Seyidovun ailəsi ilə yaxın münasibətdə olub. Y.Seyidov ona öz oğlu qədər hörmət bəsləyib.

Yavər Fərzəliyev onu tanıyan insanların yaddaşında mərd, cəsur, sözü üzə deyən, millətsevər bir şəxsiyyət kimi qalıb.

Yavər Fərzəliyevin ölümü ilə əlaqədar həyat yoldaşı Məsmə xanıma, övladları Səadət və Lamiyə xanıma başsağlığı veririk.

Avrasiya.net / Qaziler.az

Diaspora