Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, məcburi köçkünlərin doğma yurda qayıdışı davam edir.
Qaziler.az Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə istinadla xəbər verir ki, bu günədək 2000-ə yaxın ailənin bərpa edilən və yenidən tikilən yaşayış məntəqələrinə köçürülməsi təmin edilib. Laçın rayonunda artıq (Laçın şəhəri, Zabux və Sus kəndləri daxil olmaqla) 789 ailə (2944 nəfər) məskunlaşıb.
Müasir üslubda bərpa edilib abadlaşdırılan, zəruri sosial-texniki infrastrukturla təchiz olunan Laçın şəhərində, həmçinin yenidən tikilən Zabux və Sus kəndlərində sakinlərin rahat və təhlükəsiz yaşayışı üçün hər cür şərait yaradılıb. Geri qayıdan əhalinin məşğulluğu da priorotet istiqamətlərdəndir. Onlar müxtəlif sahələrdə işlə təmin edilirlər.
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Laçın şəhərinə qayıdıb məskunlaşan və işləyən keçmiş məcburi köçkünlər haqqında hazırlanmış videoçarxı tədqim edir.