Oktyabrın 23-də Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-130, Kiçik Qafqazın çaylarında 150-160, Lənkəran-Astara bölgəsi çaylarında isə 20-30 faizini təşkil edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 9 santimetr azalma müşahidə olunub. Məntəqədə su sərfi saniyədə 122 kubmetr olub. Qanıx çayının Əyriçay məntəqəsində də suyun səviyyəsində 9 santimetr azalma qeydə alınıb.Bu məntəqədə su sərfi saniyədə 125 kubmetr təşkil edib. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsinin 13 santimetr artdığı müəyyən edilib. Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb.
Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 382, Şirvanda 251, Salyanda 224, Bankədə 185, Novruzlu məntəqəsində isə 93 santimetrdir.