"Gömrük dəyərinin müəyyən edilməsi üsullarının tətbiqinə dair Qaydalar” təsdiqlənib

"Gömrük dəyərinin müəyyən edilməsi üsullarının tətbiqinə dair Qaydalar” təsdiqlənib backend

Nazirlər Kabineti “Gömrük dəyərinin müəyyən edilməsi üsullarının tətbiqinə dair Qaydalar”ını təsdiqləyib.

Trend xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, gömrük ərazisinə gətirilən malların gömrük dəyəri aşağıdakı üsullarla müəyyən ediləcək:

- malların sövdələşmə qiyməti ilə;

- eyni malların sövdələşmə qiyməti ilə;

- eynicinsli malların sövdələşmə qiyməti ilə;

 

- dəyərin çıxılması üsulu ilə;

- dəyərin toplanması üsulu ilə;

- ehtiyat üsulu ilə.

Qərar 30 gündən sonra qüvvəyə minəcək.

Diaspora