Bakıdakı silahlı insidentdə qətlə yetirilən polislərin dəfn ediləcəkləri yer açıqlandı - FOTO

Bakıdakı silahlı insidentdə qətlə yetirilən polislərin dəfn ediləcəkləri yer açıqlandı - FOTO backend

Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsində axtarışda olan şəxsin saxlanılması məqsədilə keçirilən əməliyyat zamanı həlak olan polislərin dəfn olunacaqları yer bəlli olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, polis kapitanı Eldəniz Məmmədov paytaxtın Bakıxanov qəsəbəsində, polis serjantı Mahir Ağayev Binə qəsəbəsində, polis serjantı Mirəli Heydərov Kürdəmir rayonunun Cəyli kəndində dəfn ediləcək.

Qeyd edək ki, paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, axtarışda olan 1986-cı il təvəllüdlü Rövşən Oqtay oğlu Allahverdiyev polis əməkdaşları tərəfindən iyunun 24-də saxlanılarkən silahlı müqavimət göstərib. Silahlı insident zamanı o, "Lancaster" markalı ov silahından atəş açaraq üç polis əməkdaşını və bir mülki vətəndaşı qətlə yetirib.

Diaspora