Qarabağ qazilərilə görüş keçirildi - FOTO

Qarabağ qazilərilə görüş keçirildi - FOTO backend

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Qarabağ Qaziləri İctimai Birliyinin həyata keçirdiyi "Şəhid ailələrinə, müharibə vetranlarına dəstək" layihəsi çərçivəsində şəhid ailələri və qazilərlə ilk görüş 22 iyun 2024 - cü ildə Qarabağ Qaziləri İctimai Birliyinin ofisində keçrilib.

Qaziler.az xəbər verir ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməklə öz işinə başlayan tədbiri Qarabağ Qaziləri İctimai Birliyinin İdarə Heyətinin üzvü, mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu açaraq layihə haqqında iştirakçılara ətraflı məlumat verdikdən sonra sözü Qarabağ Qaziləri İctimai Birliyinin sədri Asəf Əliyevə verdi. Asəf Əliyev iştirakçıları salamladıqdan sonra bildirdi ki, yarandığı vaxtdan bu günə qədər şəhid ailələrinə və müharibə iştirakçılarına təmənnasız xidmət göstərən Qarabağ Qaziləri İctimai Birliyi son illər Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə onlar üçün hüquqi yardım xidməti təşkil edir. Bu layihədə o qəbildəndir.

Növbəti çıxışçı Qarabağ qazisi və layihənin rəhbəri Taleh Əliyev qeyd etdi ki, 3 ay davam edəcək layihə çərçivəsində şəhid ailələrinə və müharibə iştirakçılarına hüquqi yardım xidməti göstəriləcək. Bu gün keçrilən tədbirin də məqsədi həm sizlər vasitəsilə, həm də media vasitəsilə daha çox şəhid ailələrinin və müharibə iştirakçılarının bu layihədən xəbərdar olmasıdır. Növbəti belə bir tədbirimiz də layihənin sonunda hesabat xarakterli olacaqdır. Layihənin hüquqşunası Mobil Vəkiloğlu tədbir iştirakçılarından xahiş etdi ki, layihə çərçivəsində daha çox şəhid ailələrinə və müharibə iştirakçılarına xidmətin göstərilməsi üçün onlar da əllərindən gələni əsirgəməsin, həm yaxın çevrələrinə, həm də sosial media hesablarından bu barədə mütəzəm paylaşımlar etsinlər.

Görüş iştirakçıları Qarabağ Qaziləri İctimai Birliyinin Binəqədi filalının İdarə Heyətinin üzvü Zöhrab Ağayev və Xətai filalının sədri İlham Həsənov çıxış edərək, şəhid ailələrini və müharibə iştirakçılarını daim diqqət mərkəzində saxladıqları üçün həm Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, həm də Qarabağ Qaziləri İctimai Birliyinə öz təşəkkürlərini bildirdilər.  

Herbiand.az

QAZİLER.AZ

Diaspora