Yaponiyalı müğənni məcburi köçkün uşaqlarla birgə “Sevgili canan” oxuyub - VİDEO

Yaponiyalı müğənni məcburi köçkün uşaqlarla birgə “Sevgili canan” oxuyub - VİDEO backend

Azərbaycan peşəkar musiqi sənətinin banisi Üzeyir Hacıbəylinin dahi şair Nizami Gəncəvinin sözlərinə yazdığı “Sevgili canan” romansını dünya şöhrətli yaponiyalı opera müğənnisi Masaşi Tomosuqi və Ağdam rayon Gülablı kənd uşaq musiqi məktəbinin şagirdləri birgə ifa ediblər. Layihə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı və Yaponiyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə həyata keçirilib.

Qaziler.az bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə istinadla xəbər verir. 

Layihənin məqsədi ölkələrimiz arasında mədəni əlaqələrin inkişafına töhfə vermək, həmçinin gənc nəslin opera və klassik musiqi ilə yaxından tanışlığına imkan yaratmaq, onlarda müasir bədii-estetik zövqün formalaşmasına müsbət təsir göstərməkdir.

Xatırladaq ki, Azərbaycana ikinci dəfədir gələn Masaşi Tomosuqi ötən il paytaxtın Qaradağ rayonundakı “Qobu Park” yaşayış kompleksində keçmiş məcburi köçkünlər üçün konsert proqramı ilə çıxış edib.

Maraqlı və yaddaqalan ifanın videoçarxını təqdim edirik.

Diaspora