“Dövlət qulluqçularının peşə bayramı” münasibətilə Baş Prokurorluqda tədbir keçirilib

“Dövlət qulluqçularının peşə bayramı” münasibətilə Baş Prokurorluqda tədbir keçirilib backend

23 iyun – Azərbaycanda Dövlət Qulluqçularının Peşə Bayramı günü münasibətilə Baş Prokurorluqda baş prokurorun rəhbərliyi ilə prokurorluğun dövlət qulluqçuları və veteran dövlət qulluqçularının iştirakı ilə tədbir keçirilib.

QAZÌLER.AZ  Lent.az-a istinaden xəbər verir ki, tədbirdə çıxış edən baş prokuror Kamran Əliyev Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət qurulması prosesində dövlət qulluğunun rolunu və xalqımızın Ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə müstəqil və müasir dövlət qulluğu sisteminin yaradıldığını, “Dövlət qulluğu haqqında” 21 iyul 2000-ci il tarixli Qanun da daxil olmaqla dövlət qulluğuna dair bir sıra qanunvericilik aktlarının qəbul edildiyini, həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 may 2006-cı il tarixli Sərəncamı ilə 23 iyun tarixinin ölkəmizdə Dövlət qulluqçularının peşə bayramı günü kimi təsis edildiyini diqqətə çatdırıb.

Çıxış zamanı ölkədə dövlət qulluqçularının sayının 27 min nəfər olduğu və onların 29,7 faizini qadınların təşkil etdiyi, həmçinin prokurorluq orqanlarında 642 nəfər dövlət qulluqçusunun fəaliyyət göstərdiyi, həmin şəxslərdən isə 32,9 faizini qadınların təşkil etdiyi qeyd olunaraq ölkə başçısı tərəfindən dövlət qulluqçularına göstərilən xüsusi diqqət və qayğıya, həmçinin Möhtərəm Prezidentin dövlət qulluqçularının fəaliyyətində müəyyən etdiyi prinsiplərə toxunulub.

Tədbirdə Baş prokuror tərəfindən peşə bayramı ilə əlaqədar müvafiq əmrlə təltif edilmiş 24 dövlət qulluqçusu və 4 prokurorluq orqanlarında çalışmış veteran dövlət qulluqçularına hədiyyələr təqdim edilib.

Dövlət qulluqçuları və veteranlar göstərilən diqqət və qayğı ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirib.

Diaspora