Deputatlar nikah yaşının üzrlü səbəblərə görə də 1 il azaldılmamasının lehinə səs veriblər

Deputatlar nikah yaşının üzrlü səbəblərə görə də 1 il azaldılmamasının lehinə səs veriblər backend

Azərbaycanda nikah yaşı üzrlü səbəblərdən də 1 il azaldılmayacaq.

“Report”un xəbərinə görə, bununla bağlı Ailə Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bugünkü iclasında I oxunuşda müzakirəyə çıxarılıb.

Mövcud qanunvericiliyə əsasən, üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.

Dəyişikliklə qanunun bu müddəası ləğv edilir.

Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul olunub.

Diaspora