“Qarabağ qaziləri” birliyinin layihəsi başladı

“Qarabağ qaziləri” birliyinin layihəsi başladı backend

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Qarabağ Qaziləri İctimai Birliyinin həyata keçirdiyi “Şəhid ailələri, müharibə veteranlarına dəstək” layihəsinə start verilib.

Bu barədə QAZİLER.AZ saytına məlumat verən layihənin rəhbəri Taleh Əliyev bildirdi ki, 3 ay davam edəcək layihə çərçivəsində şəhid ailələrinə və müharibə iştirakçılarına müxtəlif istiqamətlərdə hüquqi yardım göstəriləcək. Eyni zamanda, layihə çərçivəsində iki dəfə sözügedən kateqoriyadan olan insanlarla görüş keçriləcək. Onların şəxsi və ümumi narahatçılıq doğuran problemlər barədə fikirləri öyrəniləcək və həmin problemlərin həlli istiamətində müvafiq dövlət qurumları ilə əlaqə saxlanılacaq.

Layihənin rəhbəri Taleh Əliyev onu da qeyd etdi ki, Qarabağ Qaziləri İctimai Birliyi uzun illərdir bu sahədə davamlı olaraq şəhid ailələrinə və müharibə iştirakçılarına hüquqi yardımlar göstərir. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi də davamlı olaraq İctimai Birliyin layihələrini dəstəkləməklə bu sahədəki fəaliyyətimizə öz töhfəsini verir.

 

Diaspora