Azərbaycan Respublikasının Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin həyata keçirdiyi “Seyidağanın izi ilə” adlı layihənin icrası başlanılıb.
Qaziler.az xəbər verir ki, layihənin icrası zamanı Xocalının tarixinə və mədəniyyətinə işıq salınacaq, “Xocalı rayonunun tarixi-mədəniyyət abidələri” kitabı nəşr ediləcək. Kitabın 300 səhifədən ibarət poliqrafik cəhətdən keyfiyyətli nəşr edilməsi qərara alınıb. Belə ki, kitabda Xocalının mədəniyyət abidələri haqda geniş məlumat dərc ediləcək və ingilis dilinə tərcümə ediləcək. Kitabın Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin səfirliklərinə paylanması nəzərdə tutulub.
1992-ci ildə Xocalının işğalı və dağıdılması zamanı həmin ərazidə son video çəkilişləri Azərbaycan Dövlət Televiziyasının kinooperatoru Seyidağa Mövsümlü çəkib. Xocalının son görüntüləri Seyidağanın kamerasında əks edilib. Bu baxımdan Seyidağa Mövsümlünün də xatirəsi layihəmizin icrasında anılacaqdır. Həmçinin Seyidağanın xatirə gecəsi keçiriləcək.
Xocalı faciəsinin bu günə qədər beynəlxalq aləmdə tanınması öz əksini lazım olduğu qədər tapmayıb,siyasi qiymət verilməyib.
Xocalı faciəsindən bir gün sonra 27 fevral 1992-ci il tarixində faciə nəticəsində şəhid olmuş insanlarmızın cənazələrinin yığılması zamanı kinooperator Seyidağa Mövsümlünün apardığı çəkilişlərdə 1992-ci ildə üzə çıxarılmayan faktlarının aşkarlanması və Xocalı faciəsinin beynəlxalq aləmdə unudulmaması üçün silsilə tədbirlər keçiriləcək.
Layihənin icra müddəti 4 aydır. Layihənin mühasibi Quliyeva Jalə Niyazi qızıdır.
Layihə rəhbəri Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin sədri Ceyran Əzizovadır.
QAZİLER.AZ