Bayram günlərində 3 səbəbdən zəhərlənmə halları olub

Bayram günlərində 3 səbəbdən zəhərlənmə halları olub backend

Bayram günlərində (15-19 iyun) Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 17 nəfər qəbul edilib.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.

Onun sözlərinə görə, şöbəyə qəbul edilən şəxslər dərman, ilan sancması və sirkədən zəhərlənən şəxslərdir.

R.Məmməd bildirib ki, həmin müddətdə ölüm halı qeydə alınmayıb.

Diaspora