Lənkəranda qanvermə aksiyası keçirilib

Lənkəranda qanvermə aksiyası keçirilib backend

Lənkəran Böyük Bazar Cümə məsçidində Aşura mərasimi ilə bağlı könüllü qanvermə aksiyasına start verilib. ANS PRESS-in xəbərinə görə, Qafqaz Müsəlmanları İdarəsinin fətvası ilə 2001-ci ildən mütəmadi olaraq keçirilən qanvermə aksiyasında böyük izdiham müşahidə olunub.Böyük Bazar cümə məsçidinin axundu Hacı Qəni Axundzadə bildirib ki, bu aksiya ilə insanlar Həzrəti İmam Hüseyn Əleyhissəlamın həm həyatı barədə maariflənirlər, həm də xeyirxah iş görülür: "Vaxtı ilə Aşura günü qılıncla baş yarmaq xoşagəlməyən səbəblərə gətirib çıxardırdı.İndi isə biz elmi yolla, əsl islamın nə dediyini maarifləndirici formada insanlara çatdırırıq."

Qanvermə aksiyasında dindarlarla yanaşı bütün təbəqələrin nümayəndələri iştirak edib.Aksiyaya qatılanlar, qan verməklə kiminsə həyatına yardımçı olmalarından sevinc duyduqlarını dilə gətiriblər. Aksiyaya qatılan Pərvanə Əliyeva deyir ki,bu məhərrəmlik ayında ən yaxşı addımlardan biri də qan verməkdir. O, bildirib ki, qana ehtiyacı olanları yaşatmaq, ehtiyaclarını ödəməklə, insan mənəvi rahatlıq tapır.

Könüllü qan vermək istəyən çox olsa da ancaq sağlamlığı imkan verənlərdən qan götürülüb.Bu zaman bütün tibbi prosedurlar gözlənilib.Cənub bölgəsində 112 nəfər talasemiyalı,bir o qədər də hemofiliyalı xəstə var.