İyunun 14-də Biləsuvar rayonunun bir neçə yaşayış məntəqəsinin qaz təchizatında fasilə olacaq.
Qaziler.az-ın məlumatına görə, Biləsuvar qazpaylayıcı stansiyasından qidalanan orta təzyiqli yeraltı qaz kəmərlərinin kipliyə sınaq edilməsi məqsədilə aparılacaq işlərə görə 14 iyun saat 10:00-dan başlayaraq işlər başa çatana qədər rayonun 5 yaşayış məntəqəsini
(Biləsuvar şəhər, Bağbanlar, Günəşli, Çaylı, Arazbarı kəndləri) əhatə etməklə 5 500 nəfər abonentə təbii qazın verilişi dayandırılacaq.
Abonentlərdən xahiş edilir ki, qeyd olunan yaşayış məntəqələrində qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaqla, təhlükəsizlik tədbirlərinə riayət etsinlər.