Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Azad Müəllimlər İctimai Birliyinin “Azad torpaqlara qayıdış!” təhsilverənlərin peşəkarlıq səviyyəsinin və qiymətləndirmə bacarıqlarının inkişafına xidmət edən maarifləndirmə tədbirləri layihəsi çərçivəsində 11 iyun 2024-cü il tarixində Bakı şəhəri 35 nömrəli tam orta məktəbdə növbəti ikinci təlim keçirilib.
Qaziler.az bu barədə herbiand.az-a istinadla xəbər verir.
“Azad torpaqlara qayıdış!” Təhsilverənlərin peşəkarlıq səviyyəsinin və qiymətləndirmə bacarıqlarının inkişafına xidmət edən maarifləndirmə tədbirləri layihəsinin rəhbəri Pərvanə Talıbova təlim iştirakçılarını salamlayaraq, layihə haqqında məlumat verərək bildirdi ki, işğaldan azad olunmuş ərazilərdə təhsilverənlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə xidmət edən qiymətləndirmə bacarıqlarının formalaşdırılması və inkişaf etdirilməsi, Bakı şəhərinin qabaqcıl məktəbləri ilə onların əməkdaşlığının qurulması və təhsil yeniliklərinin mübadiləsi layihənin məsədini təşkil edir.
Sonra söz layihənin təlimçisi Nüşabə Mehtiyevaya verildi. Nüşabə Mehtiyeva bu təlim zamanı yenədə müəllimlərə “Peşəkarlıq nədir?” sualı ilə müraciət edərək təlimə başlayıb. Təlim iştirakçısı olan müəllimlər bu suala özlərinə məxsus yaradıcı cavablar veriblər. Daha sonra peşəkar olmağın xüsusiyyətləri bir-bir müzakirə olunub.
Təlim iştirakçıları ilə birgə qiymətləndirmənin xüsusiyyətləri araşdırılıb. Onlar qiymətləndirmənin prinsipləri ilə tanış olduqdan sonra, qiymətləndirmənin istiqamətləri barədə tədqiqat işi aparıblar. Müəllimlərə iş vərəqləri paylanıldı və qruplar üzrə beynəlxalq qiymətləndirmə ilə bağlı tapşırıq verildi. Qrup işləri üçün vaxt təyin olundu. Vaxtın tamamında müəllimlər şifahi sual cavabla ölkəmizdə aparılan beynəlxalq qiymətləndirmələrin məqsədi barədə öyrəndiklərini müzakirə etdilər.
Milli qiymətləndirmə və yekun attestasiya barədə məlumatlar müəllimlərə aşılandı. Müəllimlər üçün ən maraqlı və problemli məsələ olan məktəbdaxili qiymətləndirmənin növləri, məqsədi, üsul və formaları barədə geniş məlumat verildi. Sonra müəllimlər yenidən qruplarda fərqli üsullardan istifadə edərək qiymətləndirmə vasitələri hazırladılar. Və sonda təlimçi tərəfindən refleksiya həyata keçirildi, müəllimlər qazandıqları bilik və bacarıqlarini 3,2,1 üsulu ilə daha da möhkəmləndirdilər.