Arxeoloqumuzun Alban kilsəsi barədə məqaləsi Moskvada dərc edildi -FOTOLAR

Arxeoloqumuzun Alban kilsəsi barədə məqaləsi Moskvada dərc edildi -FOTOLAR backend

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələrə məsul əməkdaşı Pərviz Qasımovun QAZİLER.AZ-a verdiyi məlumata görə, Rusiya EA-nın Arxeologiya İnstitutunun rəsmi elmi nəşri olan “Российская археология” jurnalının 2015-ci il 3-cü sayında AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı tarix üzrə fəlsəfə doktoru Natiq Alışovun rus dilində “Kilsəlitəpədəki Qafqaz Albaniyası abidəsində arxeoloji tədqiqatlar” (“Археологические исследования на памятнике Кильсяли тепе Кавказской Албании”) məqaləsi dərc edilib.

Qəbələ rayonunun Nic kəndinin yaxınlığında yerləşmiş Kilsəlitəpədəki alban kilsəsinə 2011-ci ilin iyun ayında baxış keçirilmişdir. N. Alışov 2012-ci ildə Bakıda təşkil edilmiş “Azərbaycan və Qafqaz tarixində Qafqaz Albaniyasının yeri və rolu” adlı beynəlxalq elmi konfransda abidə barədə məruzə etmişdir. 2012-ci ildə isə, N.Alışov Qəbələ arxeoloji ekspedisiyası tərkibində abidəni tədqiq etdi.



Abidədə aparılmış arxeoloji tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, kilsə yarımqazma şəklində tikilmiş, Kilsəlitəpə kilsəsinin memarlığı digər alban kilsələri ilə ümumi cəhətlərə və eyni zamanda özünəməxsus cizgilərə malik olmuşdur. Həmçinin, məqalədə göstərilmişdir ki, öz memarlıq xüsusiyyətlərinə görə, Kilsəlitəpə kilsəsi VII əsrin sonu – VIII əsrin əvvəllərində inşa edilmiş və son orta əsrlərədək fəaliyyət göstərmişdir.



Müasir Azərbaycan elmində Azərbaycan tarixinin tərkib hissəsi olan Qafqaz Albaniyasının maddi və mənəvi irsinin qabaqcıl elmi standartlara uyğun araşdırılmasını nümayiş etdirən məqalə əcnəbi tədqiqatçılar tərəfindən böyük maraqla qarşılanmışdır.