“Peşəkarlıq nədir?” mövzusunda ilk təlim keçirilib - FOTO

“Peşəkarlıq nədir?” mövzusunda ilk təlim keçirilib - FOTO backend

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Azad Müəllimlər İctimai Birliyinin “Azad torpaqlara qayıdış!” Təhsilverənlərin peşəkarlıq səviyyəsinin və qiymətləndirmə bacarıqlarının inkişafına xidmət edən maarifləndirmə tədbirləri layihəsi çərçivəsində 10 iyun 2024-cü il tarixində Zəngilan rayon 4 nömrəli tam orta məktəbdə ilk təlim keçirilib.

Qaziler.az "Herbiand.az"a istinadla bildirir ki, Azad Müəllimlər İctimai Birliyinin sədri Pərvanə Talıbova təlim iştirakçılarını salamlayaraq, layihə haqqında məlumat verərək bildirdi ki, işğaldan azad olunmuş ərazilərdə təhsilverənlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə xidmət edən qiymətləndirmə bacarıqlarının formalaşdırılması və inkişaf etdirilməsi, Bakı şəhərinin qabaqcıl məktəbləri ilə onların əməkdaşlığının qurulması və təhsil yeniliklərinin mübadiləsi layihənin məsədini təşkil edir.  

İnanıram ki, təlimlər zamanı siz bu mövzuda müfəssəl məlumatlar əldə edəcəksiniz. Sonra söz Birliyimizin təcrübəli təlimçisi Nüşabə Mehtiyevaya verildi. Nüşabə Mehtiyevaya müəllimlərə “Peşəkarlıq nədir?” sualı ilə müraciət edərək təlimə başladı. Müəllimlər bu suala özlərinə məxsus yaradıcı cavablar verdilər. Daha sonra peşəkar olmağın xüsusiyyətləri bir-bir müzakirə olundu. Təlim iştirakçıları ilə birgə qiymətləndirmənin xüsusiyyətləri araşdırıldı. Onlar qiymətləndirmənin prinsipləri ilə tanış olduqdan sonra, qiymətləndirmənin istiqamətləri barədə tədqiqat işi apardılar. Müəllimlərə iş vərəqləri paylanıldı və qruplar üzrə beynəlxalq qiymətləndirmə ilə bağlı tapşırıq verildi. Qrup işləri üçün vaxt təyin olundu. Vaxtın tamamında müəllimlər şifahi sual cavabla ölkəmizdə aparılan beynəlxalq qiymətləndirmələrin məqsədi barədə öyrəndiklərini müzakirə etdilər.

Milli qiymətləndirmə və yekun attestasiya barədə məlumatlar müəllimlərə aşılandı. Müəllimlər üçün ən maraqlı və problemli məsələ olan məktəbdaxili qiymətləndirmənin növləri, məqsədi, üsul və formaları barədə geniş məlumat verildi. Sonra müəllimlər yenidən qruplarda fərqli üsullardan istifadə edərək qiymətləndirmə vasitələri hazırladılar. Və sonda təlimçi tərəfindən refleksiya həyata keçirildi, müəllimlər qazandıqları bilik və bacarıqlarini 3,2,1 üsulu ilə daha da möhkəmləndirdilər.

Diaspora