Azərbaycanda 17 faydalı qazıntı yatağı hərrac vasitəsilə istifadəyə verilib

Azərbaycanda 17 faydalı qazıntı yatağı hərrac vasitəsilə istifadəyə verilib backend

Azərbaycanda daha 17 faydalı qazıntı yatağı hərrac vasitəsilə istifadəyə verilib.

Trend bu barədə Dövlət Xidmətinə istinadən məlumat verir.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə hərracların təşkili davam etdirilir. Faydalı qazıntı yataqlarının istifadəsi ilə bağlı keçirilən hərraclar bu sahədə fəaliyyət göstərən sahibkarlar üçün yeni imkan və əlverişli şərait yaradır.

Məlumata görə, 5 iyun tarixində keçirilmiş hərracda investorların fəallığı müşahidə edilib.

 

Xızıda yerləşən “Yeni Yaşma I” qum-çınqıl yatağı üzrə təklif 7 079 manatdan 201 000 manata, “Təzəkənd” qum-çınqıl yatağının LOT-1 üzrə təklif 15 000 manatdan 236 000 manata yüksəlib. Bununla yanaşı, start qiyməti 13 897 manat olan “Kürdçü” qum yatağı 200 000 manata istifadəyə verilib.

Qeyd edək ki, hərracda qum, qum-çınqıl yataqları ilə yanaşı, gil, qranodiorit, andezit yataqları da investorlara istifadəyə verilib.

Hərracın nəticələri (yekun qiymət, hərracın qalibləri və digər məlumatlar) ilə https://bit.ly/45k7ZOU linki vasitəsilə tanış olmaq mümkündür.

Diaspora