Azərbaycanda bu şəxslərin barmaq izləri məcburi götürüləcək

Azərbaycanda bu şəxslərin barmaq izləri məcburi götürüləcək backend

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında dövlət daktiloskopik qeydiyyatı haqqında” Qanunda dəyişiklik edilməsi barədə” imzalayıb. Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, sərəncamla “Azərbaycan Respublikasında dövlət daktiloskopik qeydiyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin birinci hissəsinin 8-ci bəndinə “çıxarılmalı olan” sözlərindən sonra “, habelə qanunsuz miqrantların saxlanılması mərkəzlərində saxlanılan” sözləri əlavə edilib.

Həmçinin Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasında dövlət daktiloskopik qeydiyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Prezidentə təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlayıb və bunun icrası barədə beş ay müddətində Prezidentə məlumat vermək və sonda həmin Qanundan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Ədliyyə Nazirliyinə isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasında dövlət daktiloskopik qeydiyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.
Qeyd edək ki, daktiloskopik qeydiyyat barmaq izləri əsasında qeydiyyatı nəzərdə tutur.