Neftçalada “Sülh naminə birləşək” kompozisiyası təqdim edilib

Neftçalada “Sülh naminə birləşək” kompozisiyası təqdim edilib backend

Heydər Əliyev mərkəzlərinin gənclərin həyatında, onların asudə vaxtlarının səmərəli təşkil olunmasında və gənclərə vətənpərvərlik kimi ümumbəşəri hisslərin aşılamasında əhəmiyyətli rolu var.

QAZİLER.AZ  AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözlər Neftçala rayon Heydər Əliyev Mərkəzinin yaradılmasının 10-cu ilinə həsr olunan tədbirdə səsləndirilib. Toplantıda Neftçala Rayon İcra Hakimiyyətinin, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin, Azərbaycan Respublikası Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin, YAP Neftçala rayon təşkilatının rəhbərliyi, idarə, təşkilat nümayəndələri, şəhid ailələri və mədəniyyət işçiləri iştirak ediblər.

Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər. Tədbir Ümummili Liderin və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması və Dövlət Himni səsləndirilməsi ilə başlayıb. Heydər Əliyevin siyasi irsinin öyrənilməsi, azərbaycançılıq ideologiyasının təbliğində Mərkəzlərinin üzərinə düşən şərəfli missiya bir daha diqqətə çatdırılıb. Həmçinin tədbirdə Heydər Əliyev Mərkəzinin fəaliyyəti, ötən illər ərzində görülən işlər, əldə olunan nailiyyətlər, uğurlar və fəaliyyət istiqamətləri haqqında iştirakçılara məlumat verilib. Bildirilib ki, Neftçala rayon Heydər Əliyev Mərkəzi 10 il əvvəl, 28 may 2014-cü il tarixində ölkə başçısı İlham Əliyevin rayona etdiyi səfəri zamanı onun xeyir-duası ilə fəaliyyətə başlayıb.

Tədbir maraqlı musiqi nömrələri ilə davam edib, Salyan Dövlət Kukla Teatrının yaradıcı kollektivinin ifasında “Sülh naminə birləşək” kompozisiyası təqdim olunub. Sonda Mərkəzlə əməkdaşlıqda xüsusi fəallıq göstərən qurumlar və mərkəz əməkdaşları təşəkkürnamə və hədiyyələrlə mükafatlandırılıb.

 

 

Diaspora