31 il sonra meyit qalıqları tapılmış şəhid Nazim Şirinov dəfn olunub - FOTO

31 il sonra meyit qalıqları tapılmış şəhid Nazim Şirinov dəfn olunub - FOTO backend

Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş, 31 il sonra meyit qalıqları tapılmış Şirinov Nazim Şirin oğlu dəfn olunub.

"Report" xəbər verir ki, dəfn mərasimində mərhumun yaxınları, rəsmi qurumların təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Onun nəşi Abşeron rayonu Mehdiabad qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, o, 1993-cü il oktyabrın 23-də Füzuli rayonunda itkin düşüb.

Diaspora