Gəncədə Birinci Qarabağ müharibəsinin şəhidi İxtiyar Əkbərov dəfn edilib - FOTO

Gəncədə Birinci Qarabağ müharibəsinin şəhidi İxtiyar Əkbərov dəfn edilib - FOTO backend

Tərtər şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan İxtiyar Hüseyn oğlu Əkbərovla Gəncə şəhərində keçirilən vida mərasimi başa çatıb.

"Report"un yerli bürosunun məlumatına görə, şəhidin nəşi Gəncə şəhəri Şəhidlər xiyabanında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, Gəncə Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, İxtiyar Hüseyn oğlu Əkbərov 1960-cı il yanvarın 24-də Gəncədə anadan olub. O, 1993-cü oktyabrın 13-də Ağdərə rayonunun Heyvalı (Drmbon) kəndində itkin düşüb.

İ.Əkbərov Gəncə şəhəri Şəhidlər xiyabanında dəfn olunacaq.

Diaspora