Birinci Qarabağ müharibəsinin şəhidi Niyaz Novruzov Goranboyda dəfn edilib – YENİLƏNİB- FOTO

Birinci Qarabağ müharibəsinin şəhidi Niyaz Novruzov Goranboyda dəfn edilib –  YENİLƏNİB- FOTO backend

Tərtər şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Niyaz İlyas oğlu Novruzovla Goranboy rayonunun Veyisli kəndində keçirilən vida mərasimi başa çatıb.

"Report"un yerli bürosunun məlumatına görə, şəhidin nəşi Veyisli kənd qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, Goranboy Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

14:35

Tərtər şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Niyaz İlyas oğlu Novruzovun meyitinin qalıqları Goranboy rayonuna gətirilib.

“Report”un yerli bürosunun məlumatına görə, şəhidin nəşi Goranboy rayonunun Veyisli kəndində ailəsinə təhvil verilib.

Hazırda şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Niyaz İlyas oğlu Novruzov 1970-ci il sentyabrın 23-də Goranboy rayonunun Veyisli kəndində anadan olub. O, 1992-cü noyabrın 17-də Ağdərə rayonunun Dovşanlı (Vəng) kəndindəki "Qızılqaya" yüksəkliyi istiqamətində itkin düşüb.

N.Novruzov Veyisli kənd qəbiristanlığında dəfn olunacaq.

Diaspora