“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Müşahidə Şurasının tərkibi dəyişdirilib - SƏRƏNCAM

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Müşahidə Şurasının tərkibi dəyişdirilib -  SƏRƏNCAM backend

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibi dəyişdirilib.

Trend-in xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2517 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

Sərəncamla “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibi aşağıdakı redaksiyada verilib:

“Müşahidə Şurasının sədri

Rəhman Hümmətov – Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini

Müşahidə Şurasının üzvləri

Ədalət Əliyev – Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Aparatının İnvestisiya layihələrinin və infrastrukturun maliyyəsi şöbəsinin müdiri
Xəyyam Məmmədov – Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müavini.”.

Diaspora