Şəhid Sənan Əhmədov Şəmkirdə dəfn olunub - YENİLƏNİB

Şəhid Sənan Əhmədov Şəmkirdə dəfn olunub -  YENİLƏNİB backend

İyunun 5-də keçirilən təlimlər zamanı bədbəxt hadisə nəticəsində şəhid olan gizir Sənan Nurəddin oğlu Əhmədovla Şəmkir şəhərində keçirilən vida mərasimi başa çatıb.

"Report"un Qərb bürosunun məlumatına görə, şəhid Sənan Əhmədov Şəmkir şəhər qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, Şəmkir Rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri, hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak edib.

11:02

İyunun 5-də keçirilən təlimlər zamanı bədbəxt hadisə nəticəsində şəhid olan gizir Sənan Nurəddin oğlu Əhmədovla Şəmkir şəhərində vida mərasimi keçirilir.

"Report"un Qərb bürosunun məlumatına görə, Sənan Əhmədovun vaxtilə yaşadığı binanın önündə təşkil olunan vida mərasimində şəhidin doğmaları ilə yanaşı, Şəmkir Rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri, hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri, çox sayda sakinlər iştirak edir.

Qeyd olunur ki, ailəli olan şəhid S.Əhmədovun övladı da bir müddət əvvəl vəfat edib.

Diaspora