Cənub bölgəsinə yağan qar fəsadlara səbəb olub. ANS TV-nin məlumatına görə, dünən səhər saatlarından başlayaraq cənub bölgəsinə yağan qar gecə saatlarında daha da güclənib. Bölgədə ən çox qar Lerik və Yardımlı rayonlarına yağıb. Lerikdə rayon mərkəzində qarın hündürlüyü 40-50 sm, ucqarlarda 60-70 sm-ə çatır.
Yağan qar rayonun enerji təsərrüfatını iflic edib. Güclü qar elektrik naqillərinin qırılmasına səbəb olub ki, bununla da hazırda Lerik daxil olmaqla rayonun 162 kəndi enerjisiz qalıb. Bölgənin digər rayonlarında da enerji fasilələri var.Qar Lənkəran- Lerik yolunda da çətinliklər yaradıb. Nəqliyyatın hərəkəti olduqca çətinləşib. Xüsusən yolun 17-19 və 29-30-cu kilometrliyində vəziyyət gərgindir. Burada mövcud torpaq sürüşməsi daha da aktivləşib. Hazırda bölgəyə intensiv olaraq qar yağması davam edir.