Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli işdən çıxarılıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, bu barədə müvafiq əmr imzalanıb.
Əmrə əsasən, A.Əsgərli tutduğu vəzifədən azad edilərək başqa vəzifəyə təyin edilib.
Qeyd edək ki, Araz Əsgərli bir müddət Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi vəzifəsini də icra edib.