Şəkidə Birinci Qarabağ müharibəsinin şəhidi Səbuhi Süleymanov dəfn edilib - FOTO

Şəkidə Birinci Qarabağ müharibəsinin şəhidi Səbuhi Süleymanov dəfn edilib - FOTO backend

Tərtər şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Səbuhi Yamən oğlu Süleymanovlə Şəki rayonunun Cəfərabad kəndində keçirilən vida mərasimi başa çatıb.

"Report"un yerli bürosunun məlumatına görə, şəhidin nəşi Şəki rayonunun Cəfərabad kənd qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, Şəki Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Süleymanov Səbuhi Yamən oğlu 1972-ci ildə Şəki rayonunun Cəfərabad kəndində anadan olub. O, 1992-ci ilin noyabr-dekabr aylarında Ağdərə rayonu ərazisində itkin düşüb.

Diaspora