Tərtər şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Zakir Nüsrət oğlu İsaqovun meyitinin qalıqları Zərdab rayonuna gətirilib.
“Report”un yerli bürosunun məlumatına görə, şəhidin nəşi Zərdab rayonunun Təzəkənd kəndində ailəsinə təhvil verilib.
Hazırda şəhidlə vida mərasimi keçirilir.
Qeyd edək ki, Zakir Nüsrət oğlu İsaqov 1958-ci il noyabrın 19-da Zərdab rayonunun Təzəkənd kəndində anadan olub. O, 1992-ci il sentyabrın 24-də Ağdərə rayonunun Çıldıran kəndində itkin düşüb.
Z.İsaqov Zərdab rayonunun Təzəkənd kənd qəbiristanlığında dəfn olunacaq.