Saatlıda Birinci Qarabağ müharibəsinin şəhidi Namiq Cəfərov dəfn edilib - FOTO - Yenilənib

Saatlıda Birinci Qarabağ müharibəsinin şəhidi Namiq Cəfərov dəfn edilib - FOTO - Yenilənib backend

Tərtər şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Namiq Balaxan oğlu Cəfərovla Saatlı şəhərində keçirilən vida mərasimi başa çatıb.

"Report"un yerli bürosunun məlumatına görə, şəhidin nəşi Saatlı şəhəri Şəhidlər Xiyabanında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, Saatlı Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

*****

12:17

Tərtər şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Namiq Balaxan oğlu Cəfərovun meyitinin qalıqları Saatlı şəhərinə gətirilib.

“Report”un yerli bürosunun məlumatına görə, şəhidin nəşi Saatlı şəhərində ailəsinə təhvil verilib.

Hazırda şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Namiq Balaxan oğlu Cəfərov 1973-cü il avqustun 9-da Saatlı şəhərində anadan olub. O, 1992-ci il sentyabrın 30-da Ağdərə rayonunda itkin düşüb.

N.Cəfərov Saatlı şəhəri Şəhidlər Xiyabanında dəfn olunacaq.

Diaspora